Taxıl tədarükündə yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirələr keçirilib

Taxıl tədarükündə yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirələr keçirilib
# 20 may 2022 16:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə, YNX dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Yevlax, Göyçay, Zərdab, Ucar, Tərtər və Goranboy rayonlarında seminar-müşavirələr keçirib.

Tədbirlərdə müvafiq regionlarda fəaliyyət göstərən rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, sözügedən rayonlarda fəaliyyət göstərən FHN-in Dövlət Yanğından Mühafizə hissələrinin və Dövlət Aqrar İnkişaf mərkəzlərinin, “Aqroservis” ASC-nin regional nümayəndəliklərinin, Meşə mühafizəsi və bərpası müəssisələrinin, Polis şöbələrinin, “Azərişıq” ASC-nin regional idarələrinin məsul şəxsləri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.

Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.

Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, FHN əməkdaşları tərəfindən zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR