TƏBİB-in nizamnamə fondu müəyyən ediləcək

TƏBİB

© APA | TƏBİB

# 13 may 2022 15:25 (UTC +04:00)

TƏBİB-in yeni nizamnamə layihəsi və nizamnamə fondu müəyyən ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti TƏBİB-in yeni nizamnaməsinin layihəsini və nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti eyni zamanda, əczaçılıq sahəsində dövlət siyasətinin, o cümlədən dərman vasitələrinin dövlət qeydiyyatı və qiymətlərinin müəyyən edilməsi mexanizminin təkmilləşdirilməsinə, eləcə də bu sahədə rəqəmsallaşdırılmanın təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR