TƏBİB: Xırdalandakı partlayışda xəsarət alanlardan daha 1 nəfər evə buraxılıb

TƏBİB: Xırdalandakı partlayışda xəsarət alanlardan daha 1 nəfər evə buraxılıb
# 04 avqust 2022 12:03 (UTC +04:00)

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilən daha 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iki nəfərin baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzində müalicəsi davam etdirilir. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR