Təhsil İnstitutu: Metodistlər özlərini inspektor kimi aparıb

Təhsil İnstitutu: Metodistlər özlərini inspektor kimi aparıb
# 09 sentyabr 2022 12:59 (UTC +04:00)

2021-ci ildə metodkabinələrin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı monitorinq aparılıb. Təəssüf ki, nəticələr çox da ürəkaçan deyil.

APA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, bu illər ərzində metodistlər özlərini inspektor kimi aparıb, məktəbə sırf yoxlama və ya hansısa göstərişi vermək üçün gediblər:

“Sistem tamamilə yenidən qurulmalı, məktəblərin daxilində metodik xidmət qurulmalıdır. Həmçinin bu istiqamətdə proqram hazırlanmalı və regional idarələr vasitəsilə məktəblərə çatdırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR