Təkmilləşdirilməsi nəzərdə tutulan kurikulumlar açıqlanıb

Təkmilləşdirilməsi nəzərdə tutulan kurikulumlar açıqlanıb
# 09 sentyabr 2022 12:41 (UTC +04:00)

Gələn ilə qədər təkmilləşdirilməsi nəzərdə tutulan kurikulumlar açıqlanıb.

APA xəbər verir ki, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, həmin fənlər Azərbaycan dili, Ədəbiyyat ingilis dili və coğrafiya üzrə olacaq.

O qeyd edib ki, bu il üçün isə V sinif üzrə Azərbaycan dili, Riyaziyyat, VI sinif üzrə Təbiət, I sinif üzrə “Həyat bilgisi” dərsliyi hazırlanacaq və gələn ildən pilot olaraq tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR