Tikintidə əmək münasibətlərinə dair monitorinqin nəticələri açıqlanıb

Tikintidə əmək münasibətlərinə dair monitorinqin nəticələri açıqlanıb
# 29 aprel 2022 11:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 231 monitorinq həyata keçirilib.

APA-nın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 8569, monitorinq edilmiş işəgötürənlərin sayı 393 olub.

Monitorinq zamanı qeyri-formal məşğulluq səviyyəsi 16,3 % təşkil edib. Monitorinqlərin keçirilməsindən sonra 203 056 əmək müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR