Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verilib

Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verilib
# 12 avqust 2022 02:45 (UTC +04:00)

İstanbuldakı Koordinasiya Mərkəzi Ukrayna limanlarından 2 gəminin avqustun 9-da çıxmasına icazə verib.

APA-nın xəbərinə görə, bu barədə Koordinasiya Mərkəzi məlumat yayıb.

Yujnıy limanından çıxacaq gəmi 60,15 min ton qarğıdalını İranın Bəndər-Xomeyni limanına çatdırmalıdır. Çernomorsk limanından çıxacaq gəmi isə Türkiyənin Təkirdağ limanına 3000 ton taxıl aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR