Umayra Tağıyeva: Ölkənin hidrometeoroloji təhlükəsizliyi təmin olunmalıdır

Umayra Tağıyeva: Ölkənin hidrometeoroloji təhlükəsizliyi təmin olunmalıdır
# 28 oktyabr 2022 11:05 (UTC +04:00)

“Son illərdə dövlət investisiyası çərçivəsində vəsaitlər ayrılıb və milli hidrometeorologiya şəbəkəmiz müasirləşdirilib”.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva deyib

O bildirib ki, “Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində hidrometeorologiya haqqında qanunun təkmilləşdirilməsi, xidmətin və müşahidələrin optimallaşdırılması, xidmətin strukturunda çevikliyin təmin olunması, müasir tələblərə uyğun kadrların seçilməsi, əməyin qiymətləndirilməsində stimullaşdırıcı addımlar atılması vacibdir:

"Xidmətin genişləndirilməsi hesabına dövlət büdcəsindən asılılıq azaldılmalı, erkən xəbərdarlıq sistemi yaradılmalı və müasir standartlara uyğun ölkənin hidrometeoroloji təhlükəsizliyi təmin olunmalıdır. Hazırda Milli Hidrometeorologiya Xidməti 1075 nəfərlə öz fəaliyyətini davam etdirir. 16 mərkəz və 7 regional idarəmiz var. Sistemlərin avtomatlaşdırılması sayəsində son 5 ildə ştatların optimallaşdırılması işləri aparılıb, 36 yeni avtomat müşahidə sistemi tətbiq edilib".

Umayra Tağıyevanın sözlərinə görə, 2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında hidrometeoroloji fəaliyyətin bərpa olunması çərçivəsində 10 çayda 11 hidrometeoroloji stansiyanın və 5 avtomat stansiyanın quraşdırılması nəzərdə tutulur.

"Həmçinin bu ilin sonuna qədər respublikanın çaylarında daha 6 hidroloji və 12 meteoroloji stansiyanın qurulması planlaşdırılıb. Bundan başqa aqrometeoroloji stansiyaların inişafına da xüsusi diqqət yetiririk. Hazırda bu stansiyaların sayı 11-ə çatdırılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR