ÜST Azərbaycanda xüsusi risk qruplarına ikinci “buster” dozanın vurulmasını tövsiyə edib

ÜST Azərbaycanda xüsusi risk qruplarına ikinci “buster” dozanın vurulmasını tövsiyə edib
# 14 iyul 2022 14:19 (UTC +04:00)

ÜST Azərbaycanda 5 yaşdan yuxarı orta və ağır immun çatışmazlığı olan şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib.

ÜST-ün Azərbaycan Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, yaşlılar, tibb işçiləri və hamilələr də daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi tövsiyə olunur.

Bildirilib ki, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR