ÜST: COVID-ə qarşı çox uzun yol qət etsək də, pandemiya hələ arxada qalmayıb

ÜST: COVID-ə qarşı çox uzun yol qət etsək də, pandemiya hələ arxada qalmayıb
# 15 noyabr 2022 12:07 (UTC +04:00)

COVID-19 göstərdi ki, sağlamlıq risk altında olanda hər şey risk altına düşür.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus G20 liderlərinin Zirvə toplantısında çıxışı zamanı deyib.

“Əsrin ən ağır sağlamlıq böhranı 6 milyon insanın həyatına son qoyub və ticarət, turizm, biznes, təhsil, geosiyasət və s sahələrə trilyonlarla dollar ziyan vurub. COVID-19-a qarşı kollektiv mübarizəmizdə çox uzun bir yol qət etmişik, lakin pandemiya hələ arxada qalmayıb”, - Tedros Adhanom Qebreyesus qeyd edib.

ÜST-ün baş direktoru bütün ölkələri daha sağlam, təhlükəsiz, daha ədalətli və firavan dünya qurmaq üçün prioritetlərlə bağlı sayıq qalmağa çağırıb.

“Biz bütün ölkələri sağlamlıq, rifahı təşviq etməyə və xəstəliklərin qarşısının alınması istiqamətində paradiqma dəyişikliyi etməyə çağırırıq. Sağlamlığa təhdid yardan əsas səbəblər – insanların yediyi yemək, içdikləri su, nəfəs aldıqları hava, yaşadıqları və işlədikləri şəraitlə bağlıdır”, - ÜST-ün baş direktoru deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR