ÜST rəhbəri: “Çin koronavirusun mənşəyi ilə bağlı ABŞ laboratoriyalarının da araşdırılmasını tələb edib”

Tedros Adhanom Qebreyesus

© APA | Tedros Adhanom Qebreyesus

Foto al #
# 17 iyun 2022 11:35 (UTC +04:00)

Çinə səfərim zamanı səlahiyyətli şəxslərlə müzakirələrdə koronavirusun mənşəyinin araşdırılması ilə bağlı əməkdaşlıq təklif etdim.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus IX Qlobal Bakı Forumu çərçivəsində qlobal səhiyyəyə dair paneldə suala cavabında bildirib.

Onun sözlərinə görə, Çin tərəfi isə öz növbəsində ABŞ laboratoriyalarının da araşdırılmasını tələb edib.

Qebreyesus deyib ki, pandemiya başlayanda ABŞ və Çin bir-birini ittiham edirdi.

“Düşünürəm ki, biz virusun mənşəyi ilə bağlı birgə və şəffaf şəkildə əməkdaşlıq etməliyik”, - ÜST rəhbəri vurğulayıb.

O qeyd edib ki, Bayden administrasiyasından əvvəlki ABŞ rəhbərliyi ÜST-ü tənqid edirdi, əməkdaşlığa meylli deyildi və təbii ki, bu onların işini çətinləşdirib: “Milli maraqları anlayırıq, ancaq milli maraqlardan əlavə qlobal maraqlar, insani dəyərlər mütləq nəzərə alınmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR