Vərəsəlik şəhadətnamələri verilən şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

Ədliyyə Nazirliyi

© APA | Ədliyyə Nazirliyi

# 26 yanvar 2022 17:43 (UTC +04:00)

Ötən il rəsmiləşdirilən notariat hərəkətlərinin sayı 17%, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə aparılan əməliyyatlar isə 35% artıb.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində keçirilən müşavirədə Baş idarənin rəisi İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7700-ə yaxın şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilib. Bununla da onların sosial ödəmələri vaxtında təmin olunub: "Bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında “Vərəsəlik şəhadətnaməsi” adlı bölmə istifadəyə verilib. Şəhid ailələrinə yardım məqsədilə xüsusi notariuslar onlara göstərilən xidmətləri vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına həyata keçirirlər".

Həmçinin qeyd olunub ki, əvvəllər işğal olunmuş rayonların əhalisinə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa olunaraq azad edilmiş ərazilərin qeydiyyat qurumlarının istifadəsinə verilməsi onların sakinlərinin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR