VI, VII və VIII siniflərdə də mərkəzləşdirilmiş imtahan keçiriləcək

Rüfət Əzizov

© APA | Rüfət Əzizov

# 09 iyun 2022 17:54 (UTC +04:00)

"Gələcəkdə VI, VII və VIII siniflərdə də mərkəzləşdirilmiş imtahanın keçiriləcəyi istisna edilmir".

APA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimlərin sertifikasiyası ilə bağlı keçirilən görüşdə deyib.

O bildirib ki, artıq IV siniflərin monitorinq imtahanı keçirilib:

"Bu imtahanların keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının öncədən öyrənilməsidir. Əvvəl isə sadəcə IX sinifdə bunu müəyyənləşdirə bilirdik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR