Xaricdə təhsillə bağlı proqrama qeydiyyat iyunun 6-dan başlayacaq

Xaricdə təhsillə bağlı proqrama qeydiyyat iyunun 6-dan başlayacaq
# 03 iyun 2022 16:17 (UTC +04:00)

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu il həm bakalvr, həm də magistratura səviyyəsi üzrə 400 tələbənin xaricdə təhsilinin maliyyələşdirilməsi imkanı yaradılacaq.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib.

Onun sözlərinə görə, proqrama qeydiyyat 6 iyundan aparılacaq və 20 gün davam edəcək. İlk namizədlər avqust ayında elan olunacaq. İyunun 26-sı müraciətin yekun mərhələsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR