Bakı – APA-Economics. Aprelin 20-də Ağcabədi rayonunun Aşağı Avşar kəndinə təbii qazın nəqlinin bərpa olunması münasibətilə tədbir keçirilib. ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirilib ki, 420 abonenti olan Aşağı Avşar kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 14327 metr olan müxtəlif diametrli borular çəkilib, 420 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.