Xınalıqda “PIN Payı” xeyriyyə kampaniyası baş tutub - FOTO

Xınalıqda “PIN Payı” xeyriyyə kampaniyası baş tutub - FOTO
# 09 yanvar 2023 17:33 (UTC +04:00)

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə PIN Walkers şirkəti Qubanın ucqar kəndi olan Xınalıq kəndində uşaqları film saatı, Şaxta baba və ən əsası maraqlı hədiyyələr ilə sevindirib.

APA xəbər verir ki, həmçinin xeyriyyə kampaniyası çərçivəsində DSX-nın Zastavasında xidmət göstərən əsgərlərə də yardım aparılıb.

“PIN Payı” adlı xeyriyyə kampaniyası bir çox şirkətlərin də dəstəyi ilə 100-ə yaxın uşağa sevinc, xoşbəxtlik və ümid bəxş edib. “Oba Market” MMC-nin bol nemətli bayram boğçaları, Everest Nəşriyyat Evinin bir-birindən gözəl kitab hədiyyələri, “Yonja Outdoor Store”un əsl qış üçün düşünülmüş papaq, əlcək, şərfləri uşaqlar üçün həqiqətən də unudulmaz sürpriz olub. Xeyriyyə kampaniyasında həmçinin “Kodomo”-Valideyn və uşaq inkişaf platforması, Yaman Collection, Sadə Hüquq şirkətləri də maddi dəstəkləri ilə uşaqların sevincində pay sahibi olublar.

Kampaniya çərçivəsində iştirakçılar uşaqlarla vaxt keçirib, Yeni ilin gəlişini birlikdə qeyd ediblər. Yekunda ucqar kənd sakinləri və uşaqlar onlara göstərilən bu diqqət üçün hər bir iştirakçıya təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR