Yanvar-mayda 1418 əkiz, 75 üçəm doğulub

Yanvar-mayda 1418 əkiz, 75 üçəm doğulub
# 18 iyul 2022 11:40 (UTC +04:00)

Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 50 239 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4-dən 12,1-ə qədər artıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz təşkil edib.

Körpələr arasında əkiz doğulanların sayı 1418, üçəm doğulanların sayı isə 75 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR