Yaponiya Ukraynaya 470 milyon dollar ayırır

Yaponiya Ukraynaya 470 milyon dollar ayırır
# 30 mart 2023 08:12 (UTC +04:00)

Yaponiya hökuməti Ukraynaya ümumi dəyəri 470 milyon dollar olan daha bir humanitar yardım paketi ayırmağa qərar verib.

APA-nın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vurğulanır ki, vəsait xüsusilə minatəmizləmə və dağıntıların təmizlənməsi üçün lazım olan avadanlığın alınmasına, həmçinin infrastrukturun, o cümlədən Ukraynanın kənd təsərrüfatı sənayesi ilə bağlı bərpaya yönəldiləcək.

Ayrılan pul həm də hərbi əməliyyatlardan zərər çəkmiş ölkənin enerji sisteminin bərpasına sərf olunacaq.

Tokionun son bir ildə Kiyevə göndərdiyi humanitar yardımın ümumi məbləği 1,6 milyard dolları ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR