“Yaşıl” iqtisadiyyatın yeni modelləri regionlara transformasiya olunacaq

“Yaşıl” iqtisadiyyatın yeni modelləri regionlara transformasiya olunacaq
# 28 aprel 2022 14:25 (UTC +04:00)

Coğrafiya İnstitutu Qarabağ ərazisinin təbii-coğrafi şəraitinin tədqiqini, yenidən qiymətləndirilməsini, təbii ehtiyatlarından istifadənin öyrənilməsini öz üzərinə götürüb. İnstitut əməkdaşları eyni zamanda “Qarabağın coğrafiyası...” kitabını hazırlayıb çap etdiriblər.

APA xəbər verir ki, bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda elmi-praktiki konfransda İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov bildirib. Onun sözlərinə görə, ilin sonunadək Şuşanın coğrafiyasına həsr olunmuş kitabın nəşri nəzərdə tutulub.

Konfransda həmçinin bildirilib ki, ilk dəfə olaraq Şərqi Zəngəzur ərazisində az meylli dağ yamaclarının mənimsənilmə məqsədilə iri miqyaslı meyllilik və baxarlılıq xəritələri tərtib edilib, ərazidəki mövcud dağ yamaclarında meyllilik dərəcələri əsasında müasir aqrotexniki qaydalara uyğun mənimsənilmə yolları müəyyənləşib. Ərazinin təbii şəraiti və mövcud bazar iqtisadiyyatının tələbləri nəzərə alınmaqla yeni təsərrüfat sistemlərinin yaradılmasına dair elmi təkliflər verilib.

İlk dəfə Qarabağ və Şərqi Zəngəzur əraziləri timsalında landşaft-ekoloji şəraitə və istiliklə rütubətin nisbətinə əsaslanaraq iri miqyaslı səhralaşma riskləri xəritəsi tərtib edilib.

Adı çəkilən iqtisadi rayonlarında yaradılmaqda olan “Yaşıl” iqtisadiyyatın yeni “ağıllı kənd”, “ağıllı kənd təsərrüfatı”, “ağıllı şəhər” və “ağıllı nəqliyyat” modelləri əhali məskunlaşması, istehsalın ixtisaslaşdırılması, yerli tələbatın ödənməsi və ixracat səviyyəsinə çatması, nəqliyyatın daxili və beynəlxalq şaxələndirilməsi kompleks prioritetlər kimi növbəti mərhələdə Azərbaycanın digər regionlarına transformasiya olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR