Yevlax şəhərini 27 kəndlə birləşdirən körpü yararsız vəziyyətə düşüb

Yevlax şəhərini 27 kəndlə birləşdirən körpü yararsız vəziyyətə düşüb
# 17 noyabr 2022 11:41 (UTC +04:00)

“Yevlax rayonunun kəndlərinin 70%-də içməli su problemi var”.

APA-Economics” xəbər verir ki, bunu deputat İlham Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.

Onun sözlərinə görə, Yevlax rayonunun 17 kəndində subartezian quyuları və təmizləyicilər ümumiyyətlə yoxdur: “Yevlaxda 1895-ci ildə inşa olunmuş körpü yararsız vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyi həmin körpünün tam qəzalı olmasını müəyyən edib. Bu, 27 kəndin Yevlax şəhəri ilə əlaqəsinin tam kəsilməsi deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR