2400-ə yaxın şagirdin biliyi yoxlanılıb

2400-ə yaxın şagirdin biliyi yoxlanılıb
  • Clock-gray 14:55
  • calendar-gray 10 Mart 2021

III, VI və VII sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmə tədqiqatı davam edir.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, bu günə qədər 20 region üzrə III sinifdə təhsil alan şagirdlərin qiymətləndirməsi yekunlaşıb.   Təqribən 2400  nəfər III sinif şagirdinin  tədris dili, riyaziyyat, xarici dil, fiziki tərbiyə, musiqi, texnologiya, təsviri incəsənət və həyat bilgisi fənləri üzrə bilikləri yoxlanılıb.

Qeyd edək ki, milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Əsmər Qabil

Digər xəbərlər