7 noyabrdan etibarən 2 şəhər və 8 rayonda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq

7 noyabrdan etibarən 2 şəhər və 8 rayonda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq
# 06 noyabr 2020 15:08 (UTC +04:00)

7 noyabrdan etibarən 2 şəhər və 8 rayonda (Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları) ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarının sərtləşdirilməsi haqqında qərarında bildirilib.

Qeyd olunub ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR