7 və 16 saylı cəzaçəkmə müəssisələrində əfv sərəncamı icra olunub

7 və 16 saylı cəzaçəkmə müəssisələrində əfv sərəncamı icra olunub
# 19 mart 2021 10:32 (UTC +04:00)

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 və 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

APA xəbər verir ki, 7 saylı müəssisədə sərəncam şamil edilən 14 nəfərdən 8-i azadlığa buraxılıb, 6 nəfərin isə cəzası azaldılıb.

16 saylı cəzaçəkmə müəssisədə isə sərəncam 14 məhkuma şamil edilib, onlardan 12-i azadlığa buraxılıb, 2 məhkumun cəzası yarıya endirilib.

Sərəncamın icrası Ombudsman Aparatının nümayəndələri, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR