8 şəhər və 13 rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək

8 şəhər və 13 rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək
# 28 oktyabr 2020 17:14 (UTC +04:00)

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda həftəsonları 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək; 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək; 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək; 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək; 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR