AMEA: Bu il Azərbaycanda 4 vulkan püskürüb

AMEA: Bu il Azərbaycanda 4 vulkan püskürüb
# 10 iyul 2020 15:06 (UTC +04:00)

“Bu il üçün Azərbaycanda 6 vulkanın püskürməsi proqnozlaşdırılmışdı, onlardan 4-ü püskürüb”.

Bunu APA-ya açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. O bildirib ki, iki vulkanın püskürməsi barədə hələ ki məlumat yoxdur: “Karantinlə əlaqədar hazırda işləmirik. Qobustanda vulkan çoxdur. Ola bilsin ki, orada püskürmə baş verib. Ola bilməz ki, ilin əvvəlindən püskürmə olmasın. Amma hansı vulkanlardır, haradadır, haqqında məlumatımız yoxdur. Biz adətən yayda ekspedisiya təşkil edirik. Yaşayış məntəqələrindən uzaqda olduğuna görə, məlumatımız olmayan bəzi vulkanlar barədə ekspedisiya zamanı məlumat əldə edirik. Bu il pandemiya ilə bağlı ekspedisiya qalıb. Əhali tərəfindən də vulkan püskürməsi ilə bağlı məlumat daxil olmayıb. Karantin bitdiyi halda ekspedisiya təşkil olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR