AMEA-da Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq məsələləri üzrə komissiya yaradılıb

AMEA-da Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq məsələləri üzrə komissiya yaradılıb
# 16 iyul 2020 18:25 (UTC +04:00)

“Müdafiə Sənayesi Nazirliyində ölkənin təhlükəsizliyinin təmin edilməsi və bir sıra hərbi təyinatlı məhsulların istehsalı istiqamətində elmi tədqiqat işləri həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu AMEA-nın akademik-katibi Əminağa Sadıqov AMEA Rəyasət Heyətinin iclasında deyib.

O bildirib ki, həmin elmi tədqiqatların daha da təkmilləşdirilməsi, AMEA-nın müvafiq elmi müəssisələrinin potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə AMEA-nın qarşılıqlı əməkdaşlığının, birgə elmi-innovativ fəaliyyətinin yeni əsaslarla təşkilinə ehtiyac var.

Məsələ ilə bağlı çıxış edən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev bildirib ki, uzun illərdir, MSN-lə elmi əməkdaşlıq əlaqələri mövcuddur və birgə elmi layihələr üzərində iş aparılmaqdadır.

“Lakin effektiv nəticələrin əldə olunması üçün bu sahədə məqsədyönlü koordinasiyaya ciddi ehtiyac var. Bu mənada hər iki qurum arasında əməkdaşlıq əlaqələri üzrə komissiyanın yaradılması olduqca əhəmiyyətlidir.

Məsələ geniş müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə əməkdaşlıq məsələləri üzrə komissiya yaradılıb, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR