ANAMA-nın Qarabağdakı idarələrinə həkim qəbulu elan edilib

ANAMA-nın Qarabağdakı idarələrinə həkim qəbulu elan edilib
# 15 fevral 2021 14:42 (UTC +04:00)

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu ilə bağlı elan verib.

APA xəbər verir ki, məlumatda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:

- həkim-terapevt

- təcili yardım üzrə həkim

- həkim-anestezioloq-reanimatoloq

- həkim-travmatoloq-ortoped

- həkim-ümumi cərrah

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR