"ASAN xidmət": Tikintidə qeyri-rəsmi məşğulluq səviyyəsi 18,4 faiz təşkil edir

"ASAN xidmət": Tikintidə qeyri-rəsmi məşğulluq səviyyəsi 18,4 faiz təşkil edir
# 18 fevral 2020 10:28 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 176 səyyar monitorinq həyata keçirilib.

APA-nın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 6991, monitorinq edilmiş işəgötürənlərin sayı 326 olub.

Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 18,4% təşkil edib.

Monitorinqlərdən sonra yoxlanılmış işəgötürənlər üzrə imzalanmış müqavilə sayı 96506 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR