“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
# 29 yanvar 2020 14:10 (UTC +04:00)

Qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını və balların hesablanma qaydasını dərc edib (Azərbaycan və rus dilində).

Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

• Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

• Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR