Agentlik: Gələn ildən ambulator yardımda dərman təminatı da Xidmətlər Zərfinə daxil ediləcək

Agentlik: Gələn ildən ambulator yardımda dərman təminatı da Xidmətlər Zərfinə daxil ediləcək
# 04 fevral 2021 11:28 (UTC +04:00)

"İcbari tibbi sığortanın tətbiq olunduğu stasionar və təcili yardımda bütün dərman təminatı təchiz olunur. Tibbi sərflərin çeşid sayı isə 116-dan 296-ya çatıb".

APA-nın məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, siyahı ildən-ilə artırılır: "Növbəti ildən isə ambulator yardımda dərman təminatının də xidmətlər zərfinə daxil edilməsini planlaşdırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR