Agentlik sədri: “Vakansiya bankında 20 mindən artıq vakansiya mövcuddur”

Agentlik sədri: “Vakansiya bankında 20 mindən artıq vakansiya mövcuddur”
# 29 yanvar 2021 11:40 (UTC +04:00)

“2020-ci ildə biz vakansiya bankı tətbiq etdik və vakansiya bankında 2020-ci il ərzində 190 mindən artıq vakansiya formalaşdı”.

APA-nın məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda vakansiya bankında 20 mindən artıq vakansiya hələ də mövcuddur və bu, dəyişən rəqəmdir: “Eyni zamanda biz fərdi məşğulluq proqramlarının elektron tərtibatına başladıq və bu prosesin davamı olaraq bir çox əlavə rəqəmsal layihələrə start verdik. Bunların içərisində əmək və məşğulluq alt sistemi də var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR