Ağsuda baytarlıq aptekində nöqsanlar aşkarlanıb

Ağsuda baytarlıq aptekində nöqsanlar aşkarlanıb
# 15 mart 2021 18:24 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən Ağsu rayonu, Səməd Vurğun küçəsində fəaliyyət göstərən fiziki şəxs Xəlilov Ceyhun Nizam oğluna məxsus baytarlıq aptektində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı baytarlıq aptekində satışa təqdim edilən dərman preparatlarının saxlanma qaydalarına və temperatur rejiminə riayət olunmadığı aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbəri barəsində qanunvericilyin tələblərinə uyğun tədbirlər görülüb. Müəssisədə qida təhlükəsiliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR