Aptek və ərzaq mağazaları şənbə və bazar günləri də işləyəcək

Aptek və ərzaq mağazaları şənbə və bazar günləri də işləyəcək
# 19 noyabr 2020 14:15 (UTC +04:00)

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri yalnız aptek və ərzaq mağazaları işləyəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR