"AstraZeneca" peyvəndinin Azərbaycana nə vaxt gətiriləcəyi açıqlanıb

"AstraZeneca" peyvəndinin Azərbaycana nə vaxt gətiriləcəyi açıqlanıb
# 04 mart 2021 18:26 (UTC +04:00)

Azərbaycan COVAX-ın peyvənd paylanmasının ilk mərhələsinə daxil edilib və bu çərçivədə ölkəyə 432 000 doza "AstraZeneca" peyvəndi ayrılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, paylanmanın ilkin tarixləri iki mərhələyə bölünüb: Fevral-mart və aprel-may ayları. Ölkələrə göndərilmə tarixləri barədə ətraflı məlumat növbəti həftəyədək veriləcək.

“COVAX "AstraZeneca" da daxil olmaqla "Pfizer-BioNTech" və digər peyvəndlərin mümkün qədər tez çatdırılmasını təmin etmək üçün lazımi tədbirlərlə bağlı bütün ölkələrlə əməkdaşlığa davam edəcək”, - deyə nümayəndəlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR