Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yubiley medalı təsis edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yubiley medalı təsis edilib
# 26 noyabr 2020 12:43 (UTC +04:00)

Azərbaycanda yeni medal təsis edilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) münasibətilə yubiley medalı təsis ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq, qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR