Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərinin şəhadətnaməsi tərtib ediləcək

Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərinin şəhadətnaməsi tərtib ediləcək
# 15 yanvar 2021 13:49 (UTC +04:00)

Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri dövlət qeydiyyatına alınacaq, şəhadətnaməsi tərtib ediləcək.

APA-nın məlumatına görə, bu, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınacaq və şəhadətnaməsi tərtib ediləcək. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. Şahadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).

Layihə bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR