Azərbaycanda 9 ayda 95 399 doğulan körpə qeydə alınıb

Azərbaycanda 9 ayda 95 399 doğulan körpə qeydə alınıb
# 17 noyabr 2020 13:18 (UTC +04:00)

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 95 399 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2 548-i əkiz, 84-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR