Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilir

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilir
# 16 iyun 2020 16:52 (UTC +04:00)

“Telekomnukasiya haqqında” qanuna dəyişiklik təklif edilir.

APA-nın məlumatına görə, bununla bağlı qanun layihəsi Milli Məclisin iyunun 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, qanuna 2 yeni maddə təklif olunur.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı- “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR