Azərbaycanda eşitmə və nitq məhdudiyyətli şəxslərə ünvanlanan videoçarx hazırlanıb - VİDEO

Azərbaycanda eşitmə və nitq məhdudiyyətli şəxslərə ünvanlanan videoçarx hazırlanıb - VİDEO
# 14 noyabr 2020 12:53 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Əlillik qüsur deyil” devizi üzrə eşitmə və nitq məhdudiyyətli şəxslərə ünvanlanan videoçarx hazırlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, həyatı sevərək davam etmək, özünə, bacarığına, ətrafında olanlara inanaraq, duyğularını, arzularını bölüşərək yaşamaq, beləliklə, eşitmə və nitq məhdudiyyətinin sükutunu könül xoşluğu bəxş edən şən dəqiqələrlə əvəz etmək mümkündür. Bu zaman hər hansı məhdudiyyətlərin üzərindən uğurla aşıb keçmək və istəklərinə doğru inamla addımlamaq da asanlaşır. Bir daha əmin olursan ki, əlillik qüsur deyil və yaşamaq, yaratmaq üçün məhdudiyyət ola bilməz!

Nazirliyinin dəstəyi ilə “Əlillik qüsur deyil” devizi üzrə hazırlanmış, eşitmə və nitq məhdudiyyətli şəxslərə ünvanlanan videoçarx da bu nikbin həyati mənanı əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR