Azərbaycanda koronavirusa yoluxan 4989 nəfərdən 3125-i sağalıb, 58 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxan 4989 nəfərdən 3125-i sağalıb,  58 nəfər vəfat edib
# 29 may 2020 18:03 (UTC +04:00)

"Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib".

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR