Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq

Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq
# 27 noyabr 2020 16:33 (UTC +04:00)

2021-ci ildə Vahid Miqrasiya Məlumat Sistemində ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazası yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Qeyd olunub ki, belə şəxslər barədə məlumatlar mütəmadi qaydada həmin bazaya daxil ediləcək.

Fəaliyyət Planına əsasən, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR