Azərbaycanda ötən il məcburi köçkünlərə verilən vahid aylıq müavinətin məbləği açıqlanıb

Azərbaycanda ötən il məcburi köçkünlərə verilən vahid aylıq müavinətin məbləği açıqlanıb
# 09 mart 2021 16:07 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən məcburi köçkünlərə vahid aylıq müavinət kimi ümumilikdə 332579,1 min manat məbləğində vəsait ödənilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, vahid aylıq müavinətin ödənildiyi məcburi köçkünlərin orta aylıq sayı 989,5 min nəfər təşkil edib ki, bunlardan orta hesabla 424,9 min nəfər aylıq 60 manat, 64,6 min nəfəri isə aylıq 33 manat məbləğində müvanətlə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR