Azərbaycanda qadınların sayı 3 fəaliyyət növündə kişilərdən çoxdur

Azərbaycanda qadınların sayı 3 fəaliyyət növündə kişilərdən çoxdur
# 29 dekabr 2020 16:36 (UTC +04:00)

Azərbaycanda qadınların sayı 3 fəaliyyət növündə kişilərdən çoxdur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

2019-cu ilin statistikasına əsasən, qadınların sayı kişilərdən səhiyyə və sosial xidmətlərin göstərilməsində 54,8%, təhsildə 47,6% və istirahət, əyləncə və incəsənət fəaliyyətdə 23,3% çoxdur.

Məşğul qadınların 82%-i iqtisadiyyatın 5 sahəsində çalışır. Bütün məşğul qasdınların 42,1%-i kənd təsərrüfatında, 18,2%-i ticarət sektorunda, 11,7%-i təhsildə, 6,1%-i səhiyyə və sosial xidmətlərdə, 3,5%-i isə emal sənayesində işləyir. Statistikanın mövcud təsnifatına görə 19 iqtisadi fəaliyyət sferası və həmin fəaliyyətsektorlarından 8-də qadınlar, 11-də isə kişilər üstün xüsusi çəkiyə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR