Azərbaycanda ərzaqlıq buğda ehtiyatının yaradılması ilə bağlı yeni mexanizm formalaşdırılacaq

Azərbaycanda ərzaqlıq buğda ehtiyatının yaradılması ilə bağlı yeni mexanizm formalaşdırılacaq
# 17 fevral 2021 16:15 (UTC +04:00)

Azərbaycanda ərzaqlıq buğda ehtiyatının yaradılması ilə bağlı yeni mexanizm formalaşdırılacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədov tərəfindən bu gün imzalanan “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR