Azərbaycanda son sutkada 132 nəfər COVID-19-a yoluxub, 155 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycanda son sutkada 132 nəfər COVID-19-a yoluxub, 155 nəfər sağalıb, 2 nəfər vəfat edib
# 04 sentyabr 2020 17:45 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 048, ötən müddət ərzində isə ümumilikdə 949 313 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR