Azərbaycanda sosial ödənişlərlə bağlı inzibati xətalara dair prosedur tam elektronlaşdırılır

Azərbaycanda sosial ödənişlərlə bağlı inzibati xətalara dair prosedur tam elektronlaşdırılır
# 19 fevral 2021 12:46 (UTC +04:00)

İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayətə baxılma qaydası müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin 23 fevralda keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar müvafiq informasiya sistemləri vasitəsi ilə aşkar edilən inzibati xətalar haqqında elektron qərar çıxarılmış fiziki şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsi ilə göndərilə billər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edəcək, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edəcək. Qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdiriləcək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu barədə məlumatlandırılacaq. Bu məlumatlandırma formalarına qərarlar barədə həmin şəxsin mobil telefonuna ödənişsiz SMS məlumat göndərilməsi, elektron kabinetində məlumatların yerləşdirilməsi də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR