Azərbaycanda təhsil və elm sahəsində çalışan qadınların sayı açıqlanıb

Azərbaycanda təhsil və elm sahəsində çalışan qadınların sayı açıqlanıb
# 05 mart 2021 12:14 (UTC +04:00)

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,0 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi qadınlardır.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR