Azərbaycanda tələbələrin köçürülməsi başa çatıb - YENİLƏNİB

Azərbaycanda tələbələrin köçürülməsi başa çatıb - YENİLƏNİB
# 24 avqust 2020 11:06 (UTC +04:00)

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, elektron sənəd qəbulunda ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, yaxud bir ixtisasdan digərinə dəyişmək istəyən, magistratura səviyyəsində təhsil alan, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib. Sənəd qəbulu 17-23 avqust tarixlərində aparılıb.

Transfer.edu.az portalı vasitəsilə 1303 tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 92 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3001 nəfər təşkil edib. Onlardan 978 nəfəri öz sorğusunu təsdiq edib.

Nəticələr sentyabr ayında elan olunacaq.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

***

09:16

Azərbaycanda tələbələrin köçürülməsi prosesi başa çatıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, elektron sənəd qəbulu avqustun 17-də başlayıb və avqustun 23-dək davam edib.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək 9 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR