Azərbaycanda indiyədək ümumilikdə 256 201 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3491 nəfər vəfat edib, aktiv xəstə sayı 16 559 nəfərdir.