Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
# 18 mart 2021 12:15 (UTC +04:00)

Martın 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14 677 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 468 826 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR